RU

Dönərdən zəhərlənənlərin sayı 24-ə çatdı

Yazını böyüt
Yazını kiçilt

Avqustun 20-də saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır:

"Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

Избранный
60
9
hafta.az

10Источники