RU

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - Foto

Dövlət sərhədinın ətibarlı mühafizəsinin təmin ədilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Ucnoqta.az-a DSX-nin Məbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Избранный
76
46
ucnoqta.az

10Источники