RU

Gәncә Memorial Kompleksində muzey binasının inşası yekunlaşdırılır

Gәncә Memorial Kompleksində muzey binasının inşası yekunlaşdırılır, ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir

Bu barədə Prezidentin izi ilə Gәncә Memorial Kompleksinə təşkil olunan mediaturda bildirilib.

Bildirilib ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar olacaq Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk.

Kompleksdə konfrans zalı da yaradılacaq, ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqa qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tarixin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.

Избранный
60
25
aznews.az

10Источники