RU

Çempionlar Liqası: “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib

Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal komandası iştirak ərizəsini UEFA-ya göndərib.

“İki sahil” xəbər verir ki, siyahıda 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb.

Qapıçılar: 1.Emin Kürdov, 12.Rövşən Hüseynli

Oyunçular: 7.Xəzər Ağalızadə, 20.Ədalət Ələkbərov, 8.Ülvi Əliyev, 6.Mirzə Əmirov, 21.Filipinyo, 98.Karlos Bertuola, 10.Perruzo, 49.Covanni, 3.Qüdrət Qasımzadə, 29.Luicci Lonqo, 9.Alleks Rezende, 15.Aleks Teyşeyra

Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupun oyunları Avstriyanın Linz şəhərində keçiriləcək. Komanda avqustun 27-də Şimali İrlandiyanın "Sparta Belfast", bir gün sonra Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" (Avstriya) kollektivi ilə qarşılaşacaq.

Избранный
36
10
ikisahil.az

10Источники