RU

“Neftçi” İlkin Hacıyevi Fuad Rzayevlə əvəzlədi

Futzal üzrə Azərbaycan çempionatında ötən mövsümü 3-cü pillədə başa vurmuş “Neftçi” İK yay transfer dövründə heyətində dəyişikliklər edib.

Arena.az xəbər verir ki, “ağ-qaralar” Namiq Məmmədkərimov, Eldar Zeynalov, Mirzə Əmirov, Adil İsmayılov, Zaur Həsənov, Xətai Bağırov, İsa Atayev və Seymur Məmmədovla yollarını ayırıblar.

Əvəzində “Baku Fire”dən Nihat İsmayılov, Kamran Hacıyev, Tofiq Əliyev komandaya cəlb edilib. Yerli futzalçılarla bərabər legioner axtarışını da davam etdirən paytaxt klubu Dias Ramos Lukas və Senciel Miolli Allekslə ortaq məxrəcə gəlib.

Komandanın baş məşqçi postunda da dəyişiklik edilib. Belə ki, “Neftçi”də İlkin Hacıyevi Fuad Rzayev əvəz edib.

Избранный
36
11
arena.az

10Источники