RU

“Putinlə Budapeşt görüşünün mümkünlüyü barədə danışmaq tezdir” - Zelenski

“Rusiya Prezidenti Vladimir Putinlə Budapeştdə görüşün mümkünlüyü barədə danışmaq hələ tezdir”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz bu işi amerikalılarla koordinasiya etmək istəyirik. Və mən çox istəyirdim ki, Avropa da bu görüşdə iştirak etsin. Lakin ABŞ Prezidenti Donald Trampla görüşümüzün formatı buna imkan verdi", - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, əvvəlcə məntiq belə idi və ilk növbədə üçtərəfli formatda görüş baş tutacaqdı. Lakin Tramp təklif etdi ki, ikitərəfli görüşdən sonra üçtərəfli görüş keçirilsin.

"Mən dərhal reaksiya verdim, biz hazırıq. Bəs ruslar hazır deyilsə? Avropalılar da bu məsələni qaldırdılar. Əgər ruslar hazır deyilsə, o zaman biz ABŞ-dən buna sərt reaksiya görmək istərdik. Ümid edirik ki, Amerika reaksiya verəcək", - deyə siyasətçi vurğulayıb.

Zelenski əlavə edib ki, tərəfdaşlar Putinin də razılaşacağını və öz addımını atacağını gözləyirlər.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
10
1
missiya.az

2Источники