RU

Şəmkirdə dönərdən zəhərləndiyi ehtimal edilən 24 nəfər tibbi yardımdan sonra evə buraxılıb

Avqustun 20-si saat 18:30 radələrindən başlayaraq zəhərlənmə əlamətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 24 nəfərin hamısı göstərilən tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Xəstəxanadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 9-u kişi, 15-i qadın olan şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onların 14-ü azyaşlıdır. Qeyd olunan şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
29
4
operativmm.az

10Источники