RU

İDARƏ MÜDİRİ DİGƏR QURUMDA NAZİR MÜAVİNİ OLDU, ANCAQ... - Daha bir tender qalmaqalı, qalib kimdir?

Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssisələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına texniki dəstək xidmətlərinə 3 811 813 AZN xərclənəcək.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Azedunet” MMC-dir.

Qeyd edək ki, Nizamnamə kapitalı 6 340 000 AZN olan “Azedunet”in qanuni təmsilçisi Natiq Rza oğlu Yəhyayevdir. Hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi, ev 22, mənzil 49-dur.

Yerli mediada dərc edilən məlumatlarda MMC-nin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədova məxsus olduğu bildirilir. S.Məmmədov Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə 9 il (2008-2017-ci illər) rəhbərlik edib. Məsələ burasındadır ki, İdarənin 2024-cü il üzrə də keçirdiyi tenderin qalibi (4 268 001 AZN) “Azedunet” olub. MMC əvvəllər də nazirliyin milyonluq tenderlərini əldə edib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Избранный
20
7
mia.az

8Источники