RU

Ermənistanda müdafiə nazirinin müşavirinin oğlu həbs edilib

Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu "kriminal avtoritet" Rustam Stepanyanın evinin yaxınlığında 24 yaşlı şəxsin qətli ilə bağlı həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı şübhəli bilinən 3 nəfər həbs edilib. Onlardan biri müdafiə nazirinin müşavirinin oğlu Artaşes Tonoyandır.

Avqustun 15-də Proşyan kəndində 24 yaşlı D.Mamikon yaralı vəziyyətdə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd olunub ki, həmin şəxsin kriminal dairələrlə əlaqəsi olmayıb. Onun hadisə yerində olması və yaralanmasının səbəbləri hələlik məlum deyil.

Избранный
9
4
ikisahil.az

7Источники