İsmayıl Abdullayev "Abşeron Lions" basketbol klubundan ayrılmayacaq. 

Offsideplus.az xəbər verir ki, gənc basketbolçu növbəti mövsümdə də Abşeron təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, İsmayıl "Abşeron Lions"dan öncə yüksək liqada NTD komandasının heyətində çıxış edib.