RU

Lionel Messi oynamasa da, komandası yarımfinala çıxıb

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"İnter Mayami" Liqalar kubokunun yarımfinalında oynayacaq.

İdman.biz xəbər verir ki, Xavyer Maskeranonun çalışdırdığı komanda turnirin 1/4 final mərhələsi çərçivəsində "Tiqres"lə oyunda 2:1 hesablı qələbə qazandı.

Oyunun 23-cü və 89-cu dəqiqələrində Meksika klubunun qapısına təyin edilən iki penalti zərbəsini dəqiq yerinə yetirən hücumçu Luis Suares dubl edib.

ABŞ komandasının kapitanı Lionel Messi isə kiçik əzələ zədəsinə görə bu oyunda iştirak etməyib.

Liqalar kubokunun yarımfinalında "İnter Mayami"nin rəqibi Meksikanın digər təmsilçisi "Toluka"ya qalib gələn (0:0, pen. 6:5) MLS klubu "Orlando Siti" olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
120
1
icma.az

2Источники