RU

Şimali Koreya Çin sərhədində gizli raket bazası qurub

BAKI, TurkicWorld, Fərid Mikayılov

Şimali Koreya Çinlə sərhəd yaxınlığında gizli raket bazası inşa edib.

TurkicWorld xəbər verir ki, burada ölkənin ən müasir strateji silahları saxlanılır.

Amerikanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) bildirir ki, Pxyenan-Pukto vilayətinin Sinpunq bölgəsində yerləşən bu obyekt sərhəddən cəmi 27 kilometr aralıda qurulub.

Məlumata əsasən, bazada bir briqada gücündə hərbi hissə yerləşdirilib. Onlar altı–doqquz ədəd nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket və onların mobil buraxılış qurğuları ilə silahlanıb.

Analitiklər xəbərdarlıq edirlər ki, bu raketlər həm Şərqi Asiya ölkələri, həm də ABŞ-ın materik hissəsi üçün potensial nüvə təhlükəsi yaradır.

Araşdırmalara görə, bazanın tikintisinə təxminən 2004-cü ildə başlanılıb və 2014-cü ilə qədər obyektlərin böyük hissəsi istismara verilib.

Bu xəbərin fonunda, avqustun 19-da Şimali Koreya lideri Kim Çen In yeni hərbi doktrinanın hazırlanmasının vacibliyini vurğulayaraq, ölkənin nüvə potensialının genişləndirilməsi üçün sürətli dəyişikliklərə ehtiyac olduğunu bəyan edib.

Избранный
50
turkic.world

1Источники