RU

Düzgün yerdə dayana bilməyən sürücü piyadanın hərəkətinə mane oldu VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda düzgün yerdə dayana bilməyən sürücü piyadanın hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 6-da, paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Belə ki, 10-FH-038 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığı yanan zaman stop xətt qarşısında dayanmayıb. Videodan da aydın şəkildə görünür ki, sürücü piyada keçidinin üzərinə çıxaraq dayanıb. Bu səbəbdən yolu keçməkdə olan piyada keçidi kənardan keçməli olub.

Qanunvericiliyə görə, svetoforun qırmızı işığı yanan zaman sürücü stop xətt qarşısında, bu olmadıqda isə svetofor dirəyinin qarşısında dayanmalıdır. Avtomobilin keçid üzərində dayanması qadağandır və bu əmələ görə inzibati məsuliyyət nəzərdə tutulub.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
avtosfer.az

1Источники