Avqustun 20-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.04% – 44,938.31 bəndədək artıb, S&P 500 indeksi 0.24% – 6,395.78 bəndədək, Nasdaq indeksi isə 0.67% – 21,172.86 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında avqustun 20-də FTSE 100 indeksi 1.08% – 9,288.14 bəndədək artıb, Almaniyanın DAX indeksi 0.60% – 24,276.97 bəndədək , Fransanın CAC-40 indeksi isə 0.08% – 7,973.03 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,06% azalaraq 1.1645 dollar təşkil edib.