RU

“Neftçi”də ciddi dəyişikliklər

Futzal üzrə Azərbaycan Yüksək Liqasında ötən mövsümü üçüncü pillədə başa vuran “Neftçi” İK yay transfer dövründə heyətində dəyişikliklər edib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Baş məşqçi postunda İlkin Hacıyevi Fuad Rzayevlə əvəzləyən “ağ-qaralar” Namiq Məmmədkərimov, Eldar Zeynalov, Mirzə Əmirov, Adil İsmayılov, Zaur Həsənov, Xətai Bağırov, İsa Atayev və Seymur Məmmədovla yollarını ayırıb.

Əvəzində “Baku Fire”dən Nihat İsmayılov, Kamran Hacıyev, Tofiq Əliyev komandaya cəlb edilib. Yerli futzalçılarla bərabər, legioner axtarışını da davam etdirən paytaxt klubu Dias Ramos Lukas və Senciel Miolli Allekslə ortaq məxrəcə gəlib.

Yaxın günlərdə bir neçə oyunçunun komandaya qoşulacağı gözlənilir.

"Xankəndi"dən yeni transfer

Azərbaycan I Liqasında 1-ci turun püşkü atılıb

Son 10 ildə ilk dəfə: Startda 3 heç-heçə

Tahir Gözəl: “Hədsiz qürurluyuq”

Robbi Kin: "Qarabağ" artıq qalib gəldiyini düşünür"

Избранный
50
11
apasport.az

10Источники