Hərbi xidmətə yararsız hesab edilən bəzi gənclər bəzən könüllü olaraq müddətli həqiqi hərbi xidmət keçmək istəyirlər.
Bəs qanun nə deyir, könüllü əsgərliyə getmək mümkündürmü?
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, mövcud qanunvericilikdə vətəndaşların könüllü şəkildə müddətli həqiqi hərbi xidmətə göndərilməsi nəzərdə tutulmayıb.
Qanun yalnız çağırış yaşına çatmış və xidmətə yararlı hesab edilən şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyir. Nəticə olaraq könüllü hərbi xidmət keçmək istəyənlərin bu arzusu hüquqi müstəvidə mümkün deyil.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта