ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Nigeriyada güclü yağışların səbəb olduğu daşqınlarda 47 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib.
Nigeriya Mülki Müdafiə İdarəsindən verilən açıqlamada daşqınlardan 56 730 nəfərin zərər çəkdiyi qeyd edilib.
Xatırladaq ki, Nigeriyada 2024-cü ildə daşqınlar nəticəsində 250-dən çox insan həyatını itirib və tədris ili bir ay gec başlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.