Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yaponiyanın bir sıra regionlarının sakinləri avqustun 19-dan 20-nə keçən gecə səmada qeyri-adi parlayan obyekt müşahidə ediblər. Obyekt Kyusyu və Sikoku adalarının prefekturalarında, həmçinin Honsyu adasının Kinki rayonunda qeydə alınıb.
Bu barədə Oxu.Az "NHK" telekanalına istinadən xəbər verir.
Şahidlər obyekti parıldayaraq yerə düşən şar kimi təsvir ediblər.
Yaponiyanın ən böyük telekanalları, o cümlədən NHK ölkənin müxtəlif hava limanlarında, o cümlədən Osakada yerləşən Kansay Beynəlxalq Hava Limanında quraşdırılmış müşahidə kameralarından çəkilmiş videoqeydləri nümayiş etdirib.
İlkin məlumata görə, hadisə hər hansı dağıntı və tələfatla nəticələnməyib.
"Düşünürəm ki, bu işıq saçan topun bir bolid (nəzərəçarpan bucaq ölçüləri olan parlaq bir meteor) olduğuna dair heç bir şübhə yoxdur. Tamamilə mümkündür ki, o, okeana meteorit kimi düşüb", - deyə Senday Kosmik Muzeyinin direktoru Tosixisa Maeda bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.