RU

Dalga Beach də işləmiş bir qrup işçi aylardı maaşını ala bilmir VİDEO

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

"Dalga Beach"də çalışan bir qrup işçi aylardır ki, maaşlarını ala bilmədiklərindən şikayətçidirlər. Onların bəziləri 3, bəziləri isə 4-5 aydır ki, maaşlarını ala bilmir.Lent.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər" məlumat yayıb. 

Şikayətçilər iddia edir ki, işlədikləri restoran 50-yə yaxın əməkdaşın əmək haqqını vermir və rəhbərlik müxtəlif vədlərlə onları gözlədir.

İşçilər iddia edirlər ki, bu müddət ərzində onlara əmək müqaviləsi olduğu deyilib, lakin işdən ayrıldıqdan sonra öyrəniblər ki, onlar əmək müqaviləsi olmadan qeyri-rəsmi şəkildə çalışıblar.

Şikayətçilərin sözlərinə görə, sozügedən restoran fəaliyyət göstərmir. Rəhbərlikdən də xəbərləri yoxdur.Məsələ ilə bağlı vətəndaşların şikayətçi olduğu Emin İbadov zəngləri cavabsız qoyub.Digər səlahiyyətli şəxslərə də ya zəng çatmayıb.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyindən “Xəzər Xəbər”ə bildirilib ki, əmək münasibətləri yalnız əmək müqaviləsi əsasında qurula bilər. Əmək müqaviləsi bağlanmadan işə cəlb edilən şəxslər gələcəkdə əmək, sosial və iqtisadi hüquqlarını itirmək riski ilə üzləşirlər. Əmək müqaviləsi bağlanılması həm işçinin, həm də işəgötürənin hüquqlarının qorunması üçün məcburi və zəruri şərtdir.

Vətəndaşların şikayətləri ilə bağlı hüquqşünaslar bildiriblər ki, əmək müqaviləsi bağlamadan işə cəlb edilən və əməkhaqları ödənilməyən şəxslərin işəgötürənə qarşı vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqları var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
6
lent.az

7Источники