Tanınmış serbiyalı mütəxəssis Aleksandar Trifunoviç “Sabah” basketbol klubunun məşqçilər korpusunda yer alacaq.
Fanat.Az xəbər verir ki, “Srvena Zvezda” (Serbiya), “Jalqiris”, “Ritas” (Litva) kimi klublarda işləyən, 2022-ci ildə Azərbaycan millisinə də rəhbərlik edən çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bundan əlavə, litvalı köməkçi məşqçi Mindauqas Janiska ilə də 1 illik sözləşmə bağlanıb.