Kamçatka ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 97 km aralıda baş verib. Zəlzələnin episentri 50,7 km dərinlikdə yerləşib.