RU

Rusiya Donetskdə bazara raketlər atdı: ölənlər və yaralananlar var

  Rusiya Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində bazara raket zərbələri endirib.

Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin zərbələr nəticəsində azı 3 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığını açıqlayıb.

“Ruslar şəhərə 8 “Smerç” raketi atıblar, onlar qəsdən bazarı nişan alıblar”, – deyə Filaşkin bildirib.

Onun sözlərinə görə, həmçinin, 15 pərakəndə ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətti zədələnib./Globalinfo.az  

Избранный
26
5
referans.az

10Источники