RU

Netanyahu Rubioya dəstək nümayiş etdirdi

Gununsesi saytına istinadən ain.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubionun Beynəlxalq Cinayət Məhkəməsinin 4 nümayəndəsinə qarşı sanksiya tətbiq etmək qərarını “həqiqət və ədalətə dəstək addımı” adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

“Mən Rubionun Haaqa Beynəlxalq Məhkəməsinin hakimlərinə qarşı sanksiya tətbiq etmək qərarını alqışlayıram. Bu, İsrailə və İsrail ordusuna qarşı yalançı qarayaxma kampaniyasına qarşı, həqiqətə və ədalətə dəstək üçün qəti addımdır”, – Netanyahu bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin daha 4 nümayəndəsinin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
6
icma.az

7Источники