RU

“Pobeda” zirvəsində ayağı sınan alpinist ÖLDÜ

“Pobeda” zirvəsində ayağı sınıb qalan rusiyalı alpinistdən artıq heç bir xəbər yoxdur. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Qırğızıstanın “Pobeda” zirvəsində ayağı sınıb qalan rusiyalı alpinist Nataliya Naqovitsina həyat əlamətlərini göstərməyi dayandırıb.

Bir həftədən çoxdur ki, 7000 metr hündürlükdə yuxu çantasında yatıb, orada temperatur indi -23 ° C-dir, yeməyi tükənib.

Xilasetmə əməliyyatı davam edir. Bu gün dörd nəfərlik bir qrup piyada yola düşəcək, Nataliyaya yol beş-altı gün çəkəcək.

Bu, üçüncü cəhd olacaq – əvvəllər xilasedicilər pis hava səbəbindən dağa qalxa bilmirdilər.

2021-ci ildə Natalya əri ilə Xan-Tenqri zirvəsinə qalxıb. Onun əri insult keçirib və ölüb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
69
interpress.az

1Источники