ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
"Videomüraciət ünvanlayan şəxs iş üzrə zərərçəkən qismində tanınmayıb". Bu sözləri Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev APA-ya bildirib.
"Bildiyim qədər, adı iş üzrə şahid qismində keçir. Hər bir halda, videoda səslənən məqamları Rəqsanə xanım qəbul etmir və həqiqətə uyğun hesab etmir. Hazırda istintaq davam etdiyindən hadisənin detalları barədə açıqlama vermək istəmirəm, çünki bu, istintaq sirrinin pozulmasına səbəb ola bilər. Əminəm ki, istintaqın gedişi nəticəsində bütün məsələlər tam şəkildə aydınlaşdırılacaq və yekunda ədalətli qərar qəbul ediləcək", - deyə vəkil qeyd edib.
17:42
Bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılova dələduzluq faktına görə həbs edilib. Müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov videomüraciət yayıb.
Lent.az-a daxil olan videomüraciətdə şikayətçi Rəqsanə İsmayılovanın və onun həyat yoldaşı Fazil Əmiraslanovun onu necə aldatdıqlarından danışıb:
"2022-ci ildə mənim qayınatamın miqrasiya problemləri var idi. Bu zaman Rəqsanə İsmayılova və onun həyat yoldaşı Fazil Əmiraslanov bizə müraciət edərək bu problemi həll edə biləcəklərini dedilər. Onlar bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında onların yaxın adamları var və onlar bu adamların vasitəsilə problemi həll edəcəklər. Qayınatamın miqrasiya problemini həll etmək üçün biz onlara 520 min dollar pul verdik. Pulu şəxsən mən özüm onlara təqdim etmişəm. Pulu onlara verməyimə dair əlimdə əsaslı sübutlar da var".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.