Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda baş verən fövqəladə hadisə nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.
“Avqustun 20-nə olan məlumata görə, Şilovski rayonunda baş vermiş fövqəladə hadisə nəticəsində həlak olanların siyahısında 26 nəfər var”, - məlumatda qeyd edilib.