RU

Bakı metrosunda yeni TƏYİNATLAR - FOTO

“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi dəyişib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Şuraya AZCON Holding-in İcraçı direktoru Şahin Babayev rəhbərlik edəcək.

Şuranın digər üzvləri  AZCON-un İcraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş maliyyə inzibatçısı – Maliyyə departamentinin direktoru Taylan Tekelidir.

Xatırladaq ki, “Bakı Metropoliteni”nin Müşahidə Şurası 2021-ci ildə yaradılıb. Şuranın keçmiş tərkibi aşağdakı şəxslər idi:

Rəşad Nəbiyev – Rəqəmsal inkişaf və nəqliyyat naziri

Rəhman Hümmətov – rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Məmməd Abbasbəyli – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri

Vüqar Məcidli – Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Избранный
73
10
manset.az

10Источники