RU

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Özbəkistan Respublikasının Prezidenti Şavkat MirziyoyevPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım,

Sizin Ermənistan Respublikasının Baş naziri Nikol PaşinyanlaAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakıilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəriböyük məmnuniyyətlə qarşıladım.

Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazibütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz regionundadavamlı sülhün və dayanıqlı inkişafın təmin olunması istiqamətindəSizin uzun illər ərzində yorulmaz səylərinizin, qətiyyətli siyasiiradənizin, eləcə də cəsarətli və ədalətli təşəbbüslərinizin aydınnəticəsi kimi qiymətləndirirəm.

Sizin rəhbərliyiniz altında son illərdə Azərbaycan və Ermənistanarasında Sülh Sazişinin imzalanması yolunda əldə olunmuşəhəmiyyətli irəliləyiş xüsusi təqdirə layiqdir.

Bizim üçün həqiqətən qardaş olan Azərbaycan xalqının ciddisınaqlar və sürətli dəyişikliklər dövründə belə yüksək nailiyyətlərəldə etməsindən sonsuz qürur duyuruq.

Hörmətli İlham Heydər oğlu,

Sizin müdrik və uzaqgörən siyasətiniz təkcə qardaş Azərbaycanxalqının uzun illərdən bəri bəslədiyi ümidlərin tamgerçəkləşməsinə, beynəlxalq arenada nüfuz və hörmətinin artmasınadeyil, həm də regionda davamlı sülhün və tərəqqinin möhkəmlənməsinəetibarlı əsas yaradır.

Fürsətdən istifadə edərək, Sizi bu tarixi uğur münasibətilə birdaha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailəsəadəti, məsuliyyətli dövlət fəaliyyətinizdə yeni uğurlar, dostAzərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".

Избранный
32
49
az.trend.az

3Источники