RU

"Yuventus"un futbolçusu İngiltərəyə qayıdır

"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luis İngiltərə Premyer Liqasına qayıdacaq.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa təmsilçisi 27 yaşlı orta xətt oyunçusu üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyəcək. Təcrübəli futbolçu İngiltərəyə gedib tibbi müayinədən keçdikdən sonra "Nottingem Forest"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Yuventus" Duqlas Luisi ötən ilin yayında "Aston Villa"dan transfer edib. Braziliya millisinin üzvü "ağ-qaralar"ın heyətində 27 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Избранный
45
12
sportal.az

10Источники