Almaniya Bundesliqasının yeni mövsümü ilə bağlı 10 000 simulyasiya aparan “Opta” superkompüteri “Bayern”in çempionluq şansını 52,9 faiz göstərib.
Rekord.az xəbər verir ki, çempionluq üçün əsas favoritlərin siyahısı belədir:
1. “Bayern” – 52,9 faiz
2. “Bayer” (Leverkuzen) – 16,9 faiz
3. “Borussiya” (Dortmund) – 15,8 faiz
4. “Ayntraxt” (Frankfurt) – 4,4 faiz
5. “Ştutqart” – 2,9 faiz
6. “Leypsiq” – 2,5 faiz
Bu nəticələr göstərir ki, Münhen klubu yeni mövsümdə də Bundesliqada əsas rəqiblərindən bir addım öndədir.