ain.az bildirir, Yeniavaz portalına istinadən.
“Respublika” qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Teleqraf”a qəzetin keçmiş baş redaktoru Hümbət Musayev məlumat verib.
Onun sözlərinə görə, fəaliyyətinə xitam verilən “Respublika” qəzetinin kollektivi bu həftədən “Xalq” qəzetinin redaksiyasına köçüb:
“Mən burada baş redaktorun birinci müavini kimi çalışıram. İşçilərimizin əksəriyyəti artıq “Xalq” qəzetinin əməkdaşıdır. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrılıb”.
Keçmiş baş redaktor “Respublika”nın bütün əməkdaşlarının müxtəlif qurumlarda işlə təmin olunduğunu əlavə edib:
“Bu həftədən hamı öz yeni iş yerindədir”.
Qeyd edək ki, “Respublika” qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi təsis olunub. Prezident İlham Əliyev bu il iyulun 7-də “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi barədə Fərman imzalayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.