RU

Qardaş ölkədə su fəlakəti: 3,5 milyon əhali susuz qala bilər

Türkiyə mətbuatı 3,5 milyon əhalisi olan şəhərin tezliklə içməli suyun tükənəcəyini yazır.


Adalet.az xəbər verir ki, Türkiyənin şimal-şərqində yerləşən Bursa şəhərində ciddi içməli su böhranı yaranıb.

Qeyd olunur ki, Nilüfər su anbarı tamamilə quruyub, Doğanc su anbarı isə cəmi 19 faiz doludur. Şəhər üçün su ehtiyatının təxminən 35 gün olduğu təxmin edilir.

Bursa Bələdiyyə Başçısı Mustafa Bozbey sentyabrın 1-də şəhərin su təchizatı sisteminə gündə 110 min kubmetr su verəcək yeni su anbarının istifadəyə veriləcəyini açıqlayıb.

O, həmçinin sakinləri mümkün fasilələrin qarşısını almaq üçün sudan qənaətlə istifadə etməyə çağırıb.

Merin sözlərinə görə, su böhranını aradan qaldırmaq üçün artıq “Dolama yolu” adlı alternativ su xəttinin tikintisinə başlanılıb.

 Əntiqə Rəşid

Избранный
28
1
adalet.az

3Источники