Əfqanıstanın Herat əyalətində avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 79-a çatıb.
Ucnoqta.az bildirir ki, “Reuters” yerli hökumətin informasiya departamentinin rəhbərinə istinadən xəbər verir ki, qurbanlar arasında 17 uşaq var.
Daha əvvəl 70 nəfərin öldüyü bildirilirdi.
Qəza Herat-Kabil avtomobil yolunda baş verib, həmçinin motosiklet və yük maşınının toqquşması olub. Qeyd olunur ki, avtobusda İrandan deportasiya edilmiş əfqan əsilli qaçqınlar olub.