RU

Almaniya Azərbaycandan neft alışını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 356,6milyon ABŞ dolları dəyərində 661,7 milyon ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 8,4 milyon ABŞ dolları və ya 2,4%çoxdur, həcm ifadəsində isə 131,5 milyon ton və ya 24,8%çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Almaniyaya348,3 milyon ABŞ dolları dəyərində 530,2 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilmişdi.

Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Избранный
19
11
az.trend.az

10Источники