RU

Pezeşkian: ABŞ İranın nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ pozub

ABŞ İranın nüvə obyektlərinə hücum etməklə bütün beynəlxalq norma və standartları pozub.

Bunu İran Prezidenti Məsud Pezeşkian Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə danışıqlarda deyib.

"Bu hücumlar bütün beynəlxalq norma və standartları pozmaqla həyata keçirilib: Onlar beynəlxalq hüququ və hamılıqla qəbul edilmiş bütün normaları tapdalayıblar. İran İslam Respublikası heç vaxt heç kimə qarşı müharibə başlatmayıb. Ancaq hücumların hədəfinə çevrildiyimiz zaman buna uyğun cavab verməliyik”, - o vurğulayıb.

Pezeşkian qeyd edib ki, bu hücumlar təkcə İrana qarşı deyil, həm də dünyanın bütün müstəqil ölkələrinə qarşı yönəlib.
Избранный
30
3
7news.az

4Источники