RU

"Fənərbaxça"da ilk malili - Ali Koçun dövründə 110-cu transfer

"Fənərbaxça"nın heyətinə qatdığı Dorgeles Nene "sarı-lacivərdli" klubun tarixində ilk malili futbolçu olub.

İdman.biz xəbər verir ki, transfer çalışmalarını davam etdirən İstanbul klubu daha əvvəl Con Duran, Arçi Braun, Tarık Çetin, Nelson Semedo və ötən mövsüm icarə əsasında çıxış etmiş Milan Şkrinyarın keçidini reallaşdırıb.

Klub Avstriya "Zalsburq"undan Neneni transfer etməklə hücum xəttini gücləndirib.

O, "Fənərbaxça"nın tarixində 201-ci legioner olaraq qeydiyyata alınıb.

Futbola Malinin "Guidars" klubunda başlayan və daha sonra Avstriyanın "Zalsburq" klubuna transfer olunan Nene ardıcıl olaraq "Liefering", "Ried" və "Vesterlo" komandalarında icarə əsasında çıxış edib.

Son iki mövsümdə "Zalsburq"un əsas oyunçularından biri olan gənc futbolçu bu klubun heyətində 87 matçda 22 qol vurub.

Nenenin transferi ilə "Fənərbaxça" prezident Ali Koçun dövründə ümumilikdə 110-cu transferini (onlardan 69-u legionerdir) reallaşdırıb.

İdman.biz

Məqalədə:
Избранный
82
1
idman.biz

2Источники