Göygöldə bıçaqlanma olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Çaykənd kəndi ərazisində baş verib.
Kənd sakini 1990-cı il təvəllüdlü A.Məmmədov qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 35 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.(unikal)