Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü K.A-nin həmkəndlisi 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqladığı bildirilir.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Babayev əməliyyat olunub.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin bacısı A. Babayevin gəlinidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.