RU

QHT qadınlar üçün seminar təşkil etdi - FOTOLAR » AzadMedia.az



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” RİİB tərəfindən icra edilən "Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili" layihəsi çərçivəsində artıq dörd aydır ki, qadın və uşaqlar üçün təhlükəsiz sığınacaq fəaliyyət göstərir.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, sığınacaqda zorakılıqdan zərər çəkmiş qadın və uşaqlar üçün təhlükəsiz və qoruyucu mühit yaradılır. Burada onlar yalnız müvəqqəti sığınacaqla təmin olunmur, eyni zamanda fərdi psixoloji və sosial dəstək alır, hüquqi məsləhətlərdən faydalanır, reabilitasiya prosesinə cəlb olunurlar. Qadın və uşaqların özünəinamının bərpası, sosial bacarıqlarının gücləndirilməsi və peşə yönümlü fəaliyyətlər vasitəsilə cəmiyyətə reinteqrasiya olunmaları üçün müvafiq şərait yaradılır.

Sığınacaqda qalan qadınların inkişaf potensialını gücləndirmək və onların məlumatlılıq səviyyəsini artıraraq gələcək risklərdən qorunmalarını təmin etmək məqsədilə layihənin eksperti tərəfindən “İnsan alveri və onu doğuran səbəblər” mövzusunda maarifləndirici seminar təşkil edildi. Seminarda iştirakçılara insan alverinin mahiyyəti, yaranma səbəbləri və fərdlərə, eləcə də cəmiyyətə göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verildi. Həmçinin qadınların bu təhlükədən qorunması üçün zəruri biliklər, hüquqlarının müdafiəsi yolları və müraciət edə biləcəkləri dövlət və ictimai qurumlar haqqında praktik məsləhətlər təqdim olundu. Tədbir qadınların özünəinamını gücləndirməyə, həyat bacarıqlarını inkişaf etdirməyə və gələcəkdə qarşılaşa biləcəkləri risklərə qarşı daha hazırlıqlı olmalarına mühüm töhfə verdi.

Layihənin icrası davam edir.

Fotolar
Избранный
38
4
azadmedia.az

5Источники