RU

“Eurovision 2026” Vyanada keçiriləcək

Avstriyanın “ORF” telekanalı xəbər verir ki, Avroviziya 2026 Mahnı Müsabiqəsi Vyanada keçiriləcək. Avstriyanın paytaxtı İnsbruku yarışa ev sahibliyi mübarizəsində qabaqlayıb.

ORF-nin baş direktoru Roland Veysmann bildirib ki, həm Vyana, həm də İnsbruk tədbir üçün parlaq konseptlər təqdim ediblər. “Diqqətli təhlildən sonra və münsiflər heyətinin yekdil qiymətləndirməsinə əsaslanaraq, ORF bu qənaətə gəlib ki, Vyananın təklifi təkcə infrastruktur və logistika baxımından deyil, həm də iqtisadi baxımdan ən cəlbedicidir”, - o deyib.

“Eurovision 2026”nın yarımfinalları mayın 12 və 14-də, final isə mayın 16-da “Wiener Stadthalle”-də keçiriləcək.

“Eurovision” direktoru Martin Qrin bildirib ki, Vyananın dünyanın ən musiqili şəhərlərindən biri kimi reputasiyası və Avropanın mərkəzində yerləşməsi Avstriyanın paytaxtını müsabiqənin 70-ci dəfə keçirilməsi üçün ideal şəhərə çevirir. Menecer əmindir ki, Avropa Yayım Birliyi ORF media şirkəti və şəhər rəhbərliyi ilə birlikdə əks-sədası bütün dünyaya təsir edəcək möhtəşəm bir bayram təşkil edəcək.

“Eurovision” ənənəvi olaraq əvvəlki il qalib gələn ölkə tərəfindən keçirilir. 2025-ci ildə avstriyalı ifaçı JJ (Yohannes Piç) İsveçrənin Bazel şəhərində keçirilən müsabiqədə "İsraf edilmiş sevgi" mahnısı ilə qalib olub.

Almaz Həsənli

Избранный
115
oxumeni.az

1Источники