Yaxın vaxtlarda Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə Xarici İşlər nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görülür.