RU

Bakıda 35 minlik günəş panelləri oğurlandı


Bakının Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qala qəsəbə sakininin ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Qeyd edilib ki, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Избранный
94
11
baki-xeber.com

10Источники