RU

Azərbaycanın qara metal ixracı artıb, idxalı azalıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 53 milyon 822.32 min ABŞ dolları dəyərində 51 min 517.79 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Bakues.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 8 milyon 645.54 min ABŞ dolları (19.14%), miqdar baxımından isə 5 min 467.68 ton (11.87%) çoxdur.

7 ayda qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0.35%-ni təşkil edib.

dövrdə Azərbaycan 627 milyon 795.64 min ABŞ dolları dəyərində 551 min 952.17 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

Bu isə illik müqayisədə dəyər baxımından 52 milyon 183.34 min ABŞ dolları (7.68%), miqdar baxımından isə 42 min 13.18 ton (7.08%) azdır.

Yanvar-iyul aylarında qara metallar və onlardan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 4.61%-ni təşkil edib.

Избранный
63
2
icma.az

3Источники