RU

Trampın reytinqi sürətlə aşağı düşür - Amerikalıların əksəriyyəti onun diplomatik bacarıqlarına inanmır...

ABŞ prezidentinin təmiz təsdiq reytinqi -15%-ə enib, ukrayna-rus müharibəsində fəaliyyətinə dəstək isə daha zəifdir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından 212 gün sonra onun təmiz reytinqi (təsdiqləyənlərin faizi minus etiraz edənlərin faizi) -15% təşkil edir. Bu göstərici ötən həftə ilə müqayisədə 1,0 faiz bəndi aşağı düşüb. The Economist-in məlumatına görə, amerikalıların 40%-i Trampın fəaliyyətini təsdiqləyir, 55%-i isə narazıdır.

Tramp iddia edir ki, altı ay ərzində altı müharibəyə son qoyub və Nobel Sülh Mükafatına namizəddir. Lakin ictimai rəy sorğuları göstərir ki, amerikalılar onun diplomatik uğurlarına o qədər də inanmır. Fevral ayında Trampın xarici siyasət sahəsində təmiz reytinqi +2 idi, lakin o vaxtdan bəri davamlı olaraq enişə keçib.

Hazırda respondentlərin böyük hissəsi hesab edir ki, Tramp xarici liderlərlə danışıqlarda qeyri-effektivdir. Sorğuda iştirak edənlərin yalnız 32%-i ABŞRusiya prezidentlərinin müharibəni dayandırmaq istiqamətində müəyyən uğurlar qazandığını düşünür.

Ukrayna-Rusiya müharibəsi ilə bağlı Trampın fəaliyyətinə dəstək göstəriciləri də aşağı səviyyədədir. Onun bu istiqamətdə təmiz reytinqi -10 olaraq qiymətləndirilir. Bu, ABŞ ictimaiyyətində Trampın münaqişəni həll etmək bacarığına inamın zəif olduğunu göstərir.

Poliqon.info

Избранный
65
poliqon.info

1Источники