RU

Qalada 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanılıb

Xəzər rayonunda talama cinayəti qeydə alınıb.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qala qəsəbə sakininin ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
75
26
far.az

10Источники