RU

Milyarderlər pullarını nəyə xərcləyirlər? - Ağlınıza gəlməyəcək şeylər

Siz heç düşünmüsünüzmü ki, milyarderlər pullarını nəyə xərcləyirlər? İddiaya girmək olar ki, ağlınıza eksklüziv avtomobillər, daşınmaz əmlak, bahalı istirahət, zinət əşyaları və digər dəbdəbəli əşyalar gələcək. Amma bu, heç də tam siyahı deyil.

Turkustan.az xəbər verir ki, "Reddit” sosial şəbəkəsində varlı insanların pullarının böyük hissəsini adətən nəyə sərf etdiklərini anlamaq üçün bir müzakirə mövzusu açılıb. Şərhlərdə qeyd olunan bəzi şeylər isə çoxumuzun ağlına belə

Zənginlər nələr alırlar

Söhbət insanların böyük pulları nəyə xərclədiklərindən gedəndə, bəzi şeylər "adi ölümlülərin” təsəvvür çərçivəsindən kənara çıxır. Məsələn, istifadəçilərdən biri danışır ki, işlədiyi evlərdən birində ev sahibi kitabxanasının altında yeraltı qaraj düzəltdirmişdi ki, daha çox qonaq qəbul edə bilsin. Qarajda səksən (!) avtomobil yerləşirdi.

Başqa bir adam isə, şərh müəllifinin sözlərinə görə, qonaqları çimərkən ayaqlarını palçığa bulamasınlar deyə çayın sahilini abadlaşdırmağa 30 milyon xərcləmişdi.

ABŞ-ın Beverli-Hillz şəhərində isə belə bir hadisə olub: varlı bir şəxs küçənin o biri tərəfindəki, on milyonlarla dollara başa gələn evi alıb, sökdürüb və orada şəxsi park salıb. Və bütün bunlar ona görə ki, həmin ev onun mənzilindən görünüşü bağlayırdı.

Bəzən ağlasığmaz səbəblərə görə ağlasığmaz məbləğlər xərclənir.

"Bir dostum var, ildə 108 min dollara idman zalının üstündəki çoxmərtəbəli binada mənzil kirayələyir, çünki zalın tualetindən, duşundan və soyunma otağından istifadə etməyi xoşlamır. O mənzili həftədə cəmi 2 saat istifadə edir”, – deyilir şərhlərdən birində.

Digər hekayələr

Başqa bir istifadəçi isə bir kişinin Yaponiyadan (Tsukiji bazarından) ABŞ-a suşi sifariş etdiyini danışır. O, yeməzdən əvvəl balığın 15 saatdan artıq olmayaraq tutulduğunu təsdiq edən sertifikat tələb edirdi.

"Onun həmçinin vərdişi var idi ki, restorana (adını və yerləşdiyi yeri deyə bilmərəm) böyük pul ödəyirdi ki, restoran bağlansın və o, arvadı ilə təkbaşına sakitcə suşi yeyə bilsin”, – əlavə edib müəllif.

Zənginlərin məşğuliyyətləri – şəxsi zooparkdan öz vaqonuna qədər

Heç kimə sirr deyil ki, imkanlı insanlar eksklüziv əşyaları toplamağı sevirlər. Müzakirədə qeyd olunub ki, bəzən onlar meteoritlərdən hazırlanmış silahlar və dünyanın müxtəlif yerlərindən gətirilmiş nadir artefaktlar alırlar.

Bəzi varlılar isə heyvan kolleksiyası yığırlar:

"Ölkəmdə bir milyarderin kiçik oğlu heyvanları çox sevir. Onun üçün yüzlərlə hektar torpaqda şəxsi zoopark yaradılıb. Orada dünyanın hər yerindən gətirilmiş heyvanlar var”, – yazıb istifadəçi.

Başqa bir şərhdə isə deyilirdi ki, bəzi imkanlı şəxslər 40–50-ci illərin dəbdəbəli dəmir yolu vaqonlarını alıb bərpa edirlər. Daha sonra onlar bu vaqonları hərəkətdə olan qatarlara qoşdurmaq və ölkəni öz şəxsi vaqonlarında səyahət etməklə keçmək üçün pul ödəyə bilirlər. /Qaynarinfo/

Избранный
11
1
turkustan.az

2Источники