RU

Azərbaycan Rusiyada keçiriləcək mahnı müsabiqəsində iştirakdan imtina etdi

Azərbaycan və BƏƏ Rusiyada keçiriləcək “İnterviziya-2025” mahnı müsabiqəsində iştirak etməyəcəklər. Beləliklə, müsabiqədə iştirak edən ölkələrin sayı 19-a düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə müsabiqənin təşkilatçısı olan “İncəsənət ənənələri” fondu məlumat yayıb.

“Bir sıra Avropa ölkələrinə, eləcə də ABŞ-yə dəvətlər göndərilib. Bu il müsabiqədə bütün qitələrdən nümayəndələr təmsil olunacaq ki, bu da formata qlobal marağı əyani şəkildə nümayiş etdirir. Təəssüf ki, bəzi ölkələr daxili səbəblər, hazırlıq üçün vaxtın olmaması və (mədəniyyət) nazirliklərində tədbirlərin sıx qrafiki səbəbindən iştirak edə bilməyiblər”, – “İncəsənət ənənələri” fondundan bildirilib.

Избранный
57
5
editor.az

7Источники