RU

60 yaşlı kişi qətlə yetirildi – Bacısı oğlu saxlanıldı

Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

İctimai Rəy qafqazinfo.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə zərərçəkmişin bacısı oğlu Rəhim Qasımov cinayətdə şübhəli şəxs kimi saxlanılıb.

Əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 32 yaşlı R.Qasımov istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Избранный
95
6
ictimairey.az

10Источники