RU

İrandan Əfqanıstana miqrantları aparan avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 78-ə çatıb- VİDEO - YENİLƏNİB

Əfqanıstanda İrandan qayıdan miqrantları daşıyan avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.


APA xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.


Bildirilib ki, ağır yaralanan üç nəfərdən ikisi dünyasını dəyişib.


Ölənlərin arasında 17 uşaq var.

10:53

***

İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb.

APA BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb.

3 nəfər ağır xəsarət alıb.

Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub.

BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.

Избранный
24
4
apa.az

10Источники