RU

Ərəblər belə üzr istədilər

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən məkanda qəbuledilməz hərəkətlər etdikləri görünür. İctimaiyyətin haqlı narazılığına səbəb olan əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri keçirilib.

Publika.az xəbər verir ki, həmin görüntülərdən sonra sosial şəbəkələrdə digər bir qrup ərəbin Şəhidlər Xiyabanında məzarların üzərinə güllər qoyduqları video paylaşılıb.

Sözügedən videonu təqdim edirik:

Избранный
30
1
publika.az

2Источники